...

Qafqazın Şeyxülislamı beynəlxalq təşkilatları Qubada aşkarlanan kütləvi məzarlıqları soyqırım faktı kimi tanımağa çağırır

Cəmiyyət Materials 24 Aprel 2007 17:06 (UTC +04:00)
Qafqazın Şeyxülislamı beynəlxalq təşkilatları Qubada aşkarlanan kütləvi məzarlıqları soyqırım faktı kimi tanımağa çağırır

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Qafqaz müsəlmanlarının dini lideri Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatları Azərbaycanın Quba rayonunda aşkar olunan kütləvi məzarlıqları ermənilərin azərbaycanlılara qarşı soyqırımı faktı kimi tanımağa çağırır. Bu məqsədlə Şeyxülislam sözügedən təşkilatların rəhbərlərinə müvafiq müraciətlər göndərmək niyyətindədir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Qafqaz müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin özü məlumat verib.

O, analoji məzarlıqların Lənkəran, Gəncə və Azərbaycanın şimal rayonlarında da tapılmasını istisna etməyib. Qeyd edək ki, ötən əsrin əvvəllərində ermənilərin bu regionların müsəlman əhalisinə qarşı qəddar və qanlı əməlləri olub.

A.Paşazadənin bildirdiyinə görə, məsələ həmçinin İslam Konfransı Təşkilatı səviyyəsində də qaldırılacaq. Təşkilatın bununla bağlı müvafiq qətnamə qəbul edəcəyi istisna deyil.

Xəbər lenti

Xəbər lenti