Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Millət vəkili Hüseyn Abdullayev neyro-cərrah müayinəsindən keçirilib. Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov çərşənbə günü bildirilib ki, Müalicə Müəssisəsinə dəvət olunmuş neyro-cərrah Abdullayevin səhhəti ilə baəlı ciddi bir problemin olmadığını bildirib. Millət vəkilinin onurğasında "yırtıq" aşkar olunub. Bu xəstəliyə isə millət vəkili həbsdən əvvəl tutulub. Bu xəstəliyə görə, ona 20 günlük müalicə kursu yazılıb. Hazırda millət vəkilinin müalicəsi aparılır.
Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.