Azərbaycan, Bakı, 25 aprel /müx.Trendlife Eldar Hüseynzadə/ Bu gün "ÜNS" teatrında premyeradır. Trendlife-ın verdiyi məlumata görə, bu gün tamaşaçılara birinci dəfə "Restoran-Final" tamaşası göstəriləcək. Tamaşa Məqsud İbrahimbəyovun yaradıcılığına əsasən qurulub. Rejissoru Aleksandr Şarovski, rəssamı isə Altay Sadıxzadədir.
Tamaşada tanınmış cazmen Salman Qəmbərovun əsərləri səslənəcək. Tamaşa rus dilində olacaq. Əsas rollarda Səfa Mirhəsənova, Nataliya Şarovskaya, Həcər Ağayeva, Milana Mərdanova və başqaları iştirak edirlər. Bu, son bir ay ərzində "ÜNS" səhnəsində ikinci premyeradır. Bir müddət bundan əvvəl isə Bəhrəm Osmanovun hazırladığı "Şekspir" tamaşası nümayiş olunub.