...

Dövlət Komitəsinin sədri Amerikada Azərbaycan diasporu ilə görüşlər keçirəcək

Cəmiyyət Materials 26 Aprel 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mayın 10-dan 21-dək ABŞ-da səfərdə olacaq. Bu barədə Trend ə Nazim İbrahimov məlumat verib.

O bilidrib ki, səfər zamanı Amerikanın Los-Anceles, San-Fransisko, Nyu-York şəhərlərində Azərbaycan diasporu, həmçinin yəhudi, türk və digər dost icmalarla görüşlər keçirəcək. "Həm Azərbaycan diasoporunun fəalları, həm də digər dostlarımızla görüşlərdə ölkəmizlə bağlı məlumatların, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diasporumuzun təşkilatlanması, güclənməsi məsələlərini müzakirə edəcəyik. ABŞ səfəri mayın 10-21 arası olacaq"-deyə Komitə sədri məlumat verib.

Xəbər lenti

Xəbər lenti