...

Azərbaycanın reytinqinə dair yeni kitab çap edilib

Cəmiyyət Materials 30 Aprel 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qafqaz Strateji Araşdırmalar İnstitutunun nəşri olan "Qafqaz və Qloballaşma" jurnalının baş redaktoru Nazim İmanovun "Azərbaycanın reytinqi" adlı kitabı çap edilib. Kitabda müəllif Azərbaycanda iqtisadi, siyasi, sosial təhlillər aparıb və müxtəlif illərdə bu sahələrdəki reytinqi göstərib. Həmçinin kitabda ölkədəki mətbuatın vəziyyəti, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, ölkəyə qoyulan investisiyanın inkişaf tempi, inflyasiya, iqtisadi azadlığın durumu və digər mövzular əksini tapıb.

İmanov beş kitab və 150-dən artıq məqalənin müəllifidir, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2003-2005-ci illərdə Avropa İttifaqının iqtisadi məsələlər üzrə eksperti işləyib.

Xəbər lenti

Xəbər lenti