...

"Yeni Müsavat" qəzetinin baş redaktoruna qarşı məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 30 Aprel 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Azərsun Holdinq" şirkətinin prezidenti Abdulbari Gözəlin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə bu gün Nizami rayon məhkəməsində hakim Hüseyn Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Məhkəmədən bazar ertəsi Trend ə bildirilib ki, hazırlıq iclasında tərəflər çıxış edib, iş üzrə sübutlar təqdim olunub.

İş üzrə məhkəmə baxışı mayın 7-ə təyin olunub.

İddiaçı baş redaktor barəsində Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işinin açılmasını və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

İddiaya səbəb Arifoğlunun bu il martın 29-da Türkiyənin "Kanal türk" televiziyasındakı çıxışı olub. Telekanalın Arifoğlunun iştirak etdiyi verilişində kürd terrorçularının müxtəlif strukturlarla əlaqələrindən söhbət aparlıb.

Arifoğlu hesab edir ki, iddia ona yox, həmin kanala qarşı qaldırılmalıdır.

"Yeni Müsavat" qəzetiylə "Azərsun Holdinq" rəhbərliyi arasında əvvəllər də məhkəmə çəkişməsi olub. Məhkəmələr şirkətin bir neçə iddiasını təmin edərək qəzeti böyük məbləğdə cərimələyiblər.

Xəbər lenti

Xəbər lenti