Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı alpinist İsrafil Aşırlı beynəlxalq ekspedisiya tərkibində Everest dağına yürüşü davam etdirir.
Trend in verdiyi məlumata görə, alpinistlər artıq yüksəkliyin şimal hissəsinə çatıb və orada düşərgə salıblar. "Hava nisbətən düzəlib, artıq qar yoxdur. Ulduzların gecə görünməsi yaxşı havanın əlamətidir. Yanımıza yenə qazax dostlarımız Maqsud Jumayev və Vasili Pevtsov gəliblər. Onlar özləri üçün daha bir istirahət günü təyin etdilər və artıq yəqin ki, dağa çıxmağa hazırlaşırlar" - deyə Aşırlı bildirib.
Onun sözlərinə görə, komandada itkilər yoxdur və ekspedisiya üzvləri yürüşü davam etdirirlər. "Hələlik bütün bunlar işçi məqamlardır, hələ ki ciddi heç nə baş vermir. Bizim hər şeyimiz var - ərzaq, qaz, ağ neft. Adi vəziyyətdir, hər şey yuxarı qaldırılır. Nə yaddan çıxıbsa, gətirirlər. Bir sözlə, hər şey qaydasındadır" - deyə Aşırlı tamamlayıb.