...

Tbilisidə Cənubi Qafqaz ölkələrində peşə təhsilinin problemləri müzakirə olunur

Cəmiyyət Materials 3 May 2007 13:32 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Bu gün Tbilisinin "Tbilisi Merriott" mehmanxanasında təhsil problemləri üzrə Regional Konfrans işə başlayıb. Avrasiya Fondu tərəfindən təşkil olunmuş Cənubi Qafqaz Regional Forumu Avropa Birliyinin Qafqazda qonşuluq siyasəti çərçivəsində peşə təhsilinin problemlərinə həsr olunub.

Forumu iştirakçılara müraciət edərək Avropa Komissiyasının Gürcüstandakı nümayəndəsi Oliver Rayzner açıb. Konfransın iştirakçıları arasında olan Estoniyanın Təhsil Nazirliyinin nümayəndəsi Kale Tum Cənubi Qafqzadan olan həmkarlarını Estoniyada dövlət və biznes arasında mövcud əməkdaşlıq formaları ilə tanış edəcək.

Forumda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Məsum Məmmədovun, Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi Simon Canaşiyanın və Yerevanda fəaliyyət göstərən Fransa Universitetinin nümayəndəsi Araik Navoyanın çıxışları gözlənilir.

Xəbər lenti

Xəbər lenti