...

"Heydər Əliyev məktəblilərin gözü ilə" adlı inşa müsabiqəsi keçirilib

Cəmiyyət Materials 3 May 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /müx.Trendlife Vüqar İmanov/Təhsil Hazirliyi, "Yeni Azərbaycan" və Professional İttifaqları Konfederasiyasının ümumilli liderimiz Heydər Əliyevin 84-illiyinə həsr edilən "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı inşa müsabiqəsinin qaliblərinə noutbuklar, videokameralar, fotoaparatlar və fəxri diplom, portfellər -kimi qiymətli hədiyyələr təqdim edildi. Trendlife-a təhsil nazirinin müavini Elmar Qasımov bilidrib ki, belə müsabiqə birinci dəfədir keçirilir və bundan sonra hər il keçiriləcək. Müsabiqədə respublikanın 4000 məktəbinin 7-11 siniflərindən 700-dən çox şagird iştirak edirdi.

Qaliblər "Heydər Əliyev-Azərbaycan dövlətinin müasir qurucusudur", "Heydər Əliyev türk dünyasının dahi oğlu", "Heydər Əliyev Azərbaycanda təhsilin banisi kimi", "Heydər Əliyev tanınmış azərbaycanlıdır" nominasiyaları üzrə təltif olundular. Tədbirdə təhsil naziri Misir Mərdanov qalibləri təbrik etdi və onlara uğurlar arzuladı.

Müsabiqənin qaliblərini YAP-ın icraçı katibi Əli Əhmədov bir daha sevindirdi. Bildirdi ki, təhsildə uğur qazanmış tələbələrə yüksək stipendiyalar veriləcək. Müsabiqə iştirakçılarının inşaları və çəkdikləri rəsmlərin toplandığı "Heydər Əliyev Azərbaycan məktəblilərin gözü ilə" adlı kitab da çapdan çıxıb.

Xəbər lenti

Xəbər lenti