...

Gün eynəkləri və optik ləvazimatlar yoxlanılacaq

Cəmiyyət Materials 4 May 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /müx. " F.Sadıxov

Yaz-yay mövsümünün başlanması ilə əlaqədar gün eynəklərinin satışında canlanma müşahidə olunur. Qeyd edək ki, Azərbaycanda gün eynəkləri də daxil olmaqla optik ləvazimatlar istehsal olunmadığından, onlar xaricdən gətirilir. Lakin ölkəyə gətirilən eynəklərin böyük əksəriyyəti standartlara uyğun deyil və indiyədək onlar vahid mərkəzdə ekspertiza olunmurdu. İstifadəyə yararsız eynəklərin taxılması isə insanların sağlamlığına mənfi təsir göstərir.

Səhiyyə Nazirliyindən "TrendLife"a bildirilib ki, optik ləvazimatlarla bağlı problemlərin həlli üçün bu qurumda ayrıca ekspertiza şöbəsi yaradılıb. Hazırda şöbədə müvafiq ekspertizaların aparılması üçün lazımi avadanlıqlar alınır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq ekspertiza şöbəsində ölkəyə gətirilən gün eynəkləri, eləcə də digər optik ləvazimatlar yoxlanılacaq. Yalnız yoxlamadan keçən eynəklərin satışına icazə veriləcək.

Xəbər lenti

Xəbər lenti