...

Azərbaycanın Qobustan qapalı həbsxanasında saxlanılan məhkumların rejim qaydalarının dəyişdirilməsi ilə bağlı təkliflər verilib (video)

Cəmiyyət Materials 5 May 2007 14:36 (UTC +04:00)
Azərbaycanın Qobustan qapalı həbsxanasında saxlanılan məhkumların rejim qaydalarının dəyişdirilməsi ilə bağlı təkliflər verilib (video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycanın Qobustan qapalı həbsxanasında saxlanılan məhkumların rejim qaydalarının dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti təşəbbüslə çıxış edib. Bu barədə şənbə günü məlumat verən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, bir sıra Avropa ölkələrinin bununla bağlı təcrübəsi öyrənilib və konkret təkliflər hazırlanıb. Təkliflərdən biri kameralarda məhkumların sayının artırılmasıdır. Belə ki, qanunvericilik kamerada 2 məhkumun saxlanılmasını nəzərdə tutub. Ələkbərov bildirib ki, kamerada məhkumların sayının 4-ə çatdırılması məqsədəmüvafiq hesab edilib. Həmçinin ömürlük azadlıqdan məhrum edilmiş məhkumların kameralarında televizorların qoyulması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunub: "Qobustan həbsxanasında cəza çəkən məhkumların televiziya verlişlərinə baxmsı üçün şərait yaradılmalıdır. Onlar ancaq radio verlişlərini dinləyə bilirlər. Həmçinin məhkumlara yaxın qohumları ilə il ərzində verilən uzun müddətli görüşlərin sayının 4-ə çatdırılmasını təklif etmişik. Hazırda bu görüşlər ildə 1 dəfə verilir".

Xəbər lenti

Xəbər lenti