...

Dövlət Komitəsinin sədri: "Azərbaycanın şimal regionunda radikal dini etiqadlar mövcuddur"

Cəmiyyət Materials 7 May 2007 17:11 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Azərbaycanın şimal regionunda radikal dini etiqadlar mövcuddur"

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal regionunda, o cümlədən Quba rayonunda radikal dini etiqadların olduğu qeydə alınıb. Bu barədə bazar ertəsi Qubada Qafqaz Müsəlmanları İdarəsi və digər din nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib.

Onun sözlərinə görə, Qubada qeyri-ənənəvi dini etiqadlar mövcuddur və bu istiqamətdə mübarizə aparılır. Orucov bildirib ki, Qubada 49 məcsid fəaliyyət göstərir. Bunlardan cəmi doqquzu qeydiyyata alınıb. Komitə sədri digər 40 məscidin qeydiyyata alınması üçün sənədlərin təqdim edilməsinin vacibliyini vurğulayıb. Orucov həmçinin Qubada 74 ziyarətgahın olduğunu və insanların bu ziyarətgahlara gedilməsinə məhdudiyyətlərin qoyulmadığını deyib.

Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinin sədri Abbas Əsədov isə çıxışında Qubada dini-irqi münaqişələrin olmadığını deyib. Onun sözlərinə görə, rayonda müxtəlif təriqətlərə xidmət faktı olsa da, bu problem qlobal xarakter daşımır.

Quba rayonu Azərbaycanın paytaxtı Bakıdan 164 kilometr şimalda yerləşir və 150 mindən artıq əhalisi var.

Xəbər lenti

Xəbər lenti