...

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 11 May 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva cümə günü bəyan edib ki, ölkədə hava şəraiti mayın 16-dək qeyri-sabit keçəcək və temperatur iqlim normasından bir qədər aşağı olacaq. Onun sözlərinə görə, hesabat dövründə Azərbaycanın əksər rayonlarında yağış yağacaq. Bəzi ərazilərdə bu, intensiv xarakter alacaq.

Tağıyeva bildirib ki, hesabat dövründə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 17-20 dərəcə olacaq.

Milli Hidrometeorologiya Departamentinin apardığı təhlillər onu göstərib ki, Azərbaycanda may ayında 2000, 2002, 2004 və 2006-cı illərdə havanın temperaturu iqlim normasından aşağı olub.

Xəbər lenti

Xəbər lenti