...

"Xəzər-Lənkəran"ın forvardı ən yaxşı bombardir adını qazanmağa yaxındır

Cəmiyyət Materials 14 May 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər-Lənkəran"ın forvardı Zaur Ramazanov ölkə birinciliyinin ən yaxşı bombardiri adını qazanmağa yaxındır.

Trend in verdiyi xəbərə görə, çempionatın başa çatmasına iki tur qalmış hücumçu yaxın izləyicilərindən 9 top irəlidədir. Onun Tovuzda "Turan"a qarşı oyunda vurduğu qol cənublulara 3:2 hesablı qələbə qazanmağa kömək edib və qızıl medallar uğrunda mübarizəni davam etdirməyə imkan qazandırıb.

Qeyd edək ki, Zaurun potensial rəqibləri Georgi Adamiya ("Neftçi"), Yakuba Bamba ("Karvan") və Xaqani Məmmədov ("Olimpik") son turlarda fərqlənə bilmirlər və bununla da onun işini daha da asanlaşdırırlar.

Xatırladaq ki, çempionatın lideri yenə də "Neftçi"dir. Bakı təmsilçisi "Xəzər-Lənkəran"ı bir xal qabaqlayır.

Xəbər lenti

Xəbər lenti