...

"Putin" öz rəhmini göstərdi

Cəmiyyət Materials 15 May 2007 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx.TrendLife VüqarVüqarlı/Keçən gecə "Maşın-şou"da əsəb və gərginlik çox müşahidə olunub. Muxtar Maniyevin sağlamlığı ilə əlaqədar çıxmasına baxmayaraq iştirakçılar "mandraj" içində idilər. Günahkar isə Allahverdi Yolçuyev idi. O, lap Anna Avstriskaya kimi nə hə deyirdi nə də yox. Kimi çıxarmağını, demək olar ki, məlum deyildi. Soruşa bilərsiz ki, bəs bunların hamısına Rusiya prezidentinin nə dəxli var?

İş ondadır ki, oyunçulardan biri - Vado Karovin Allahverdi Yolçuyevi "Baqdanom Putin" adlandırdı. Çünki bu aktyorun adı rus dilinə məhz belə tərcümə olunur. Bax belə, "Putin" öz familyasını doğrultmaq üçün iki saaitlıq verilişdə özünü əsl kəşfiyyatçı kimi aparırdı. Mən bilmirəm, bununla nə demək istəyirdi, bircə onu bilrəm ki, finalçılardan heç biri onunla təkbətək qalmaq istəmirdi. Bu faktır.

Bütün bunları televiziyadan izləyən Çingiz Əhmədov Putin-Yolçuyevin növbəti qurbanı Murad Arifin olacağına əmin idi. Məhz buna görə oyuna haradan düşən bu di-cey Murad Arif Allahverdinin dostu olan Çingiz Əhmədovu layihədən uzaqlaşdırmışdı. Görünür, "Putin"in ürəyində prezident rəhmi oldu ki, Murada yazığı gəlib onu oyunda saxladı. Xalq "Putin"ə sms-lər göndərird ki, oyunda qalsın və kimisə çıxartsın. Əvəzində isə millət ancaq qorxaq barış əldə etdi.

Şounun inkişafını daha da dinamik etmək üçün verilişdə qonaq qismində Nura Suri iştirak edirdi. O, yenə də sonuncu iştirakında olduğu kimi Ayanı saymırdı, qalan iştirakçılarla çox isti görüşdü, hətta Xəyyama da əlni uzatdı. Əlbəttə, qızcığaz ona bağışlanan maşınla "risovkalıq" etməyi də yadından çıxartmamışdı. Murad Dadaşov o dəqiqə buna öz reaksiyasını "Bəlkə yerdə qalan oyunçular da evlərinə getsinlər, havayı maşın əldə etsinlər" - bildirdi. Onu bilirəm ki, Nuranın çıxışı layihədə qalan iştirakçıların qəfil hərəkətinə təsir edə bilərdi. Bu da əsas olan kuklaları idarə edən Murad Dadaşovun xoşuna gəlməyə bilər. Çünki o, hələ ki, öz kuklaları ilə yaxşı bacarır. Hələ ki...

Xəbər lenti

Xəbər lenti