...

İki azərbaycanlı şahmatçısı "Dünyanın gənc ulduzları" turnirində çıxış edəcək

Cəmiyyət Materials 16 May 2007 16:18 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycan şahmatçıları Rauf Məmmədov və Eltac Səfərli Sankt-Peterdburqda İvan Somovun xatirəsinə həsr olunmuş "Dünyanın gənc ulduzları" ənənvi beynəlxalq turnirinə dəvət olunub.

Yarışda dairəvi sistem üzrə oynayacaq on iki idmançı iştirak edəcək. Yerli şahmatçılarımızın rəqibləri lövhə sahibləri Yan Nepomnyaşşiy, Eduard Qorovıx, Daniil Linçevski, İvan Popov, alman Falko Bindriç, ukranynalı Yuri Kuzubov, Ermənistan nümayəndələri Avetik Qriqoryan və Zaven Andriasyan, belorus Sergey Jiqalko, həmçinin Hindistandan Negi Paramaryan olacaq.

Təqdirəlayiq haldır ki, sayca beşinci turnirdə ənənəyə uyğun olaraq daha titullu gənc şahmatçılar çıxış edir. O cümlədən, E.Səfərli dünya və Avropa birinciliyinin qalibidir. R.Məmmədov isə Hantı-Mansiyskdə Dünya Kubokuna vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti