...

Quba rayonunda aşkarlanan insan məzarlığında ekspedisiyanın ikinci mərhələsinə başlanılıb

Cəmiyyət Materials 22 May 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspertləri Quba rayonunda aşkarlanan insan məzarlığında ekspedisiyanın ikinci mərhələsinə başlamaq üçün həftə sonu həmin əraziyə gedəcək. Bu barədə çərşənbə axşamı institutdan məlumat verilib.

Məlumata görə, daha geniş tədqiqat işinin aparılması üçün Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına yeni avadanlıqlar alınıb. Daha bir neçə avadanlığın da alınması planlaşdırılıb. Ekspedisiyanın ikinci mərhələsində qazıntı işlərinin daha geniş ərazidə aparılması nəzərdə tutulub.

Arxeologiya və Etnoqrafiya İnstitutu Quba rayonunda aşkarlanan insan məzarlığında apardığı ekspedisiyanın ilkin nəticələrini aprelin sonlarında müəyyənləşdirib. Ekspertiza nəticəsində həmin ərazidə uşaq və qocaların kütləvi şəkildə intizamsız şəkildə basdırıldığı məlum olub. İnsan cəsədlərinin sümükləri üzərində zorakılıq əlamətlərinin aşkarlanması ilə kütləvi qırğın törədildiyi müəyyənləşdirilib. İnstitut ilkin tədqiqatlar zamanı bu insanların 1918-ci ildə ermənilər tərəfindən kütləvi qırıldığını sübut edib. Tədqiqatların ilkin mərhələsində ekspertlər Qubada 50 metr uzunluqda olan ərazidə insan skeletlərinə rast gəlib. İnsan cəsədlərinin sayı isə 40-dan artıq müəyyənləşdirilib.

Qubada şəhər stadionunun tikilməsi məqsədilə aparılan qazıntılar zamanı kütləvi şəkildə insan cəsədinin qalıqları aşkarlanmışdı.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti