...

Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri: "Sabiq nazirlər siyasi məhbus ola bilməz"

Cəmiyyət Materials 23 May 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü bəyan edib ki, sabiq səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyev siyasi məhbus ola bilməz. Onun sözlərinə görə, sabiq nazirlər qanunu pozduqlarını, səhvlərini görmək istəmirlər. Ona görə də qnun pozuntularını siyasi problemə çevirirlər.

Mehdiyev hesab edib ki, sabiq nazirlərin məhkəmə prosesləri Azərbaycanda korrupsiyaya qarşı qaneedici işlərin aparıldığının göstəricisidir.

Sabiq nazirlər 2005-ci ilin oktyabrında dövlət çevirişilinə cəhddə ittiham olunaraq həbs ediliblər. Sonradan isə onların işi korrupsiya cinayətləri ittihamı ilə məhkəməyə göndərilib. Sabiq səhiyyə naziri Əli İnsanov məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin isə məhkəmə prosesi başlayıb.

Xəbər lenti

Xəbər lenti