...

Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan əsgərinin valideynləri Ermənistan Ombudsmanının bəyanatına etiraz edib

Cəmiyyət Materials 23 May 2007 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri Samir Məmmədovun valideynləri Ermənistan Ombudsmanının bəyanatına etiraz edib. Əsirin əmisi Vidadi Məmmədov çərşənbə günü Trend ə bildirib ki, Ermənistanın Ombudsmanı Samir Məmmədovla görüşəndən sonra onun kimsəsiz olması, qardaşı ilə birgə kimsəsizlər evində böyüməsi barədə məlumat verib.

Vidadi Məmmədov Ermənistan mətbuatında belə yalan məlumatların yayılmasına etirazlarını bildirib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə xəbər verildiyini deyib: "Bu məlumatlar qərəzli şəkildə yayılır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri dəfələrlə Samirin valideynləri ilə görüşüb, onun məktublarını valideynlərinə çatdırıb, eləcə də valideynlərindən ona məktub aparıb. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə Ermənistan rəsmilərinin belə hərəkətlərinin qarşısını almaq üçün tədbir görülməsini tələb etdik".

Azərbaycan Silahlü Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. Məmmədov valideynlərinin yazdığı sonuncu məktublara cavab yazmayıb. Əsirin valideynləri Samirə ermənilər tərəfindən təzyiq olunduğunu və məktubların ona çatdırılmadığını iddia edir.

Qazax rayonundakü N saylı hərbi hissənin əsgəri, Bərdə rayon hərbi komissarlığından hərbi xidmətə çağrılan S. Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti