...

Ömər Eldarov: "Hafiz Zeynalov Sankt-Peterburq rəssamlıq məktəbinin ən parlaq numayəndələrindən biridir"

Cəmiyyət Materials 24 May 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /müx.TrendLife Eldar Hüseynzadə/Azərbaycanın əməkdar rəssamı Hafiz Zeynalovun 80 illik yubileyinə həsr olunan sərgi açılıb . TrendLife-ın verdiyi məlumata görə, sərgi Səttar Bəhlulzadə adına rəsm qalereyasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Tədbirə Zeynalovun birlikdə çalışdığı adamlar və qonaqlar toplaşıb. Onların arasında Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da var idi. O, Hafiz müəllim barədə bu sözləri deyirdi: "Biz Hafiz Zeynalovla Sankt-Peterburqda Akademiyada birlikdə çalışmışıq. Eyni yaşda olsaq da, mən ondan iki kurs yuxarı oxuyurdum. Biz qapı-qapıya qonşu olurduq. Hafiz əla rəssam idi. Onun çox gözəl işləri var, əsas da portretləri. Hafiz Zeynalov İoqsana adına Piter rəssamlıq məktəbinin ən parlaq nümayəndəsi idi."

Tədbiri Rəssamlar İttifaqının nümayəndəsi Fərhad Xəlilov bu sözlərlə açdı: "Mən çox tez-tez onun işi ilə tanış olurdum. O, bir dəqiqə belə fırçaçız oturmurdu. Ümumiyyətlə, onun ölümü göznəlinməz oldu. Çünki o, idman adamı idi. Zeynalovun işləri doğurdan da yaxşı və qeyri-adi idi".

Sərgidə Xuraman Qasımovanın, Səttar Bəhlulzadənin, Mikayıl Müşfiqin, Məşədi Əzizbəyovun, Hüseyn Cavidin portretləri nümayiş etdirildi. "Tələbə", "İstirahətdə qız" kimi sadə portetlər də var idi. Zeynalov öz qəhrəmanlarını olduqca dəqiq və canlı yaradıb.

Xəbər lenti

Xəbər lenti