...

Olimpiada-2004-ün bürünc mükafatçısı İradə Aşumova Pekin lisenziyası uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 29 May 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Afina Olimpiadasının güllə atıcılığı proqramı üzrə bürünc mükafatçısı İradə Aşumova Pekin olimpiadasının lisenziyası üçün Münhendə keçiriləcək Dünya kubokunda mübarizə aparacaq.

Yaxın günlərdə idmançımız Almaniyadakı yarışlarda qüvvəsini sınayacaq. İradə burada kiçik kalibrli tapançadan 25 metr məsafədən və pnevmatik silahdan 10 metr məsafədən atəş açacaq.

Almaniyadakı yarışda həmçinin gənclər arasında Avropa birinciliyinin gümüş mükafatçısı Nigar Bağırova da iştirak edəcək. Qeyd edək ki, Nigar da hələlik Pekin olimpiadasına vəsiqəni təmin etməyib.

Məlumat üçün bildirək ki, Dünya kubokunda yalnız bir vəsiqə uğrunda mübarizə gedəcək. Bu üzdən də idmançılarımız mütləq Almaniyada qələb qazanmalıdır.

Xəbər lenti

Xəbər lenti