...

Sabiq səhiyyə nazirinin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri təkrar məhkəmə-tibb ekspertizasından keçiriləcək

Cəmiyyət Materials 29 May 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbov təkrar məhkəmə-tibb ekspertizasından keçiriləcək. Talıbovun vəkili Telman Novruzzadə çərşənbə axşamı Trend ə bildirib ki, zərərçəkənlər Talıbovun onları vurması barədə istintaqa ifadə verib. Müdafiə tərəfin vəsatəti ilə Talıbov Sumqayıtda tibbi ekspertizadan keçirilsə də, ekspertiza müvafiq rəy verə bilməyib. Komitə sədri təkrarən Bakıda tibbi ekspertizadan keçiriləcək. Novruzzadə bildirib ki, müdafiə etdiyi şəxsin əli anadangəlmə işləmədiyindən onun kimləri isə vurması qeyri-mümkündür. Ekspertizanın nə vaxt keçiriləcəyi isə hələlik məlum deyil.

Vəkilin vəsatətləri ilə əlaqədar bəzi istintaq hərəkətlərinin aparılması üçün komitə sədri Sumqayıta gətirilmişdi. O, Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılırdı. Vəkil bildirib ki, vəsatətləri ilə bağlı bir qrup istintaq hərəkətləri hələlik yekunlaşmayıb. Novruzzadə bildirib ki, Talıbovun saxlanma şəraitindən, ona olan münasibətdən şikayəti yoxdur.

Talıbov barəsində Sumqayıt şəhər Məhkəməsinin seçdiyi iki aylıq həbs qətimkan tədbirinin müddəti iyunun 19-da başa çatır. İstintaqın da həmin vaxta qədər yekunlaşacağı və baxılması üçün şəhər məhkəməsinə göndəriləcəyi nəzərdə tutulub.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinir. Onun barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb.

Xəbər lenti

Xəbər lenti