...

Şəmkirdə yeni su kanalı istifadəyə verilib

Cəmiyyət Materials 29 May 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Şəmkir rayonunda dünən yeni su kanalı istifadəyə verilib. Tədbirdə çıxış edən Şəmkir rayonunun icra başçısı Nazim Veyisov bildirib ki, yeni su kanalı rayonun dörd kəndində texniki suya olan tələbatı ödəyəcək. Su kanalı beş il müddətinə hazır olub, Zəyəm çayından Şiştəpə kəndinə çəkilib və uzunluğu 26 kilometrdir. Kanal vasitəsilə rayonun Sabir, Əlibayramlı, Zəyəm kəndlərinin sakinləri pay torpaqlarını suvara biləcək.

Xəttin çəkilişnə iki milyon dollar məbləğində vəsait sərf olunub. Yaxın vaxtlarda sakinlərin vəsaiti hesabına yeni içməli su xəttinin çəkilməsi də nəzərdə tutulub.

Şəmkir paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşib.

Xəbər lenti

Xəbər lenti