...

"Maşın" da belə getdi!

Cəmiyyət Materials 29 May 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /müx.TrendLife Vüqar Vüqarlı/Bu da "Maşın-şounun" sonu. Heç kəs final sonluğu belə gözləmirdi. "Nissan-Teana" uğrunda mübarizəyə 18 nəfər qoşulmuşdu. Oyun başlayanda əvvəl hamı bir-birindən üzr istəiyrdi. "Bağışlayın, təəssüf ki, belə alındı və. s və ilaxır". Sonra bundan da sadə sözlər getməyə başlandı: "Neyləmək olar oyundur, oyunun qaydası belədir. Mənim yerimdə siz də olsaydınız, belə edərdiniz". Amma düzünü deyim ki, açıq görünürdü ki, bu iştirakçılar nələr fikirləşir. "Mən necə səni çıxardardım". Mən hələ indiyinə kimi layihədə udulan maşınların heç birini sürən görməmişəm. Maşında o qədər adamın gözü qalır ki, birinci döngə sənin üçün sonuncu olur. Bu da layihənin sonuncu qalibi: Murad Arif (o axı avtomoyka Muraddır) çətin ki, maşınını sürsün. O da yəqin çalışacaq ki, onu satsın. Özüdə 30 min dollara. Bu pullar axı yerdən yığılmır.

Bundan başqa Murad Arifə 2 min yeni Azərbaycan manatı verilib. Ürəyi açıq sponsorlar (onların adını biz çəkməyəcəyik, qoy Murad Dadaşov özü çəksin) sonda daha iki finalçıya - Tünzaləyə 1000 manat, Mübariz Tağıyevə isə 500 manat veriblər. Sponsorların sevimlisi isə Vado Karovin oldu. O, videokamera, rəqəmsal fotoapparat qazandı. Aldıqları hədiyyələri yumaq üçün çaxır. Don Mübarizə puldan başqa əl telefonu, bir də şəkil. Yadımdan çıxmamış, Mübariz müəllimə sponsorlar 20 kv.m-lik ev də hədiyyə ediblər. Qalibə gəldikdə isə...Onu desəm ki, nə şounun iştirakçıları, nə də ki, tamaşaçıların çox hissəsi Murad Arifin qələbəsinə heç də sevinmirdilər.

Vaxtlə Turan kimi hər yolla finala qədər gəldi və heç bir "jest" etmək niyyətində deyildi. Hətta "dilənçilər" qrupunun digər üzvü olan Elməddin oyunu öz xoşu ilə tərk etməyə özündə cəsarət tapdı. Nə etmək olar? Qaliblər mühakimə olunmur. Biz kimik ki, onları mühakimə edək? Hər şey Allahın əlindədir və onun məhkəməsindən can qurtarmaq çox çətindir.

Xəbər lenti

Xəbər lenti