...

"Atasport"un yeni mövsümdə Çempionlar kubokundakı rəqibləri müəyyənləşib

Cəmiyyət Materials 30 May 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bakıda keçirilən otüstü hokkey üzrə Çempionlar kubokunda dördüncü yeri tutan qadınlardan ibarət "Atasport" klubu növbəti yarışda turnirin qalibi Hollandiyanın "Hertodenboş" komandası ilə üz-üzə gələcək.

Tahir Zamanın yetirmələri "A" qrupunda yer alacaqlar. Burada onların rəqibləri Rusiya və Litva çempionları olacaq. İş ondadır ki, avrokubokun reqlamentinə əsasən, qrupların tərkibi ötən mövsümdə komandaların tutduğu yerlər əsasında müəyyənləşdirilir. Konkret olaraq "A" qrupuna Kubokun qalibi, dördüncü yeri tutan "Atasport", beşinci yerin sahibi Rusiya komandası, habelə "Trophy Cup"da uğurlu nəticə göstərən ikinci komanda - Litva çempionu "Qintra-Strekte" düşür. Bu klub milli çempionatda titulunu qorusa, gələn il "Atasport"la oynayacaq.

"B" qrupunda isə İngiltərə, Almaniya, Belarus və İspaniya komandaları yer alacaq.

Xəbər lenti

Xəbər lenti