...

Azərbaycanın sabiq nazirinin məhkəməsi davam edir

Cəmiyyət Materials 30 May 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, qardaşı "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən daha 17 nəfərin məhkəmə prosesi davam etdirilib.

Əvvəlcə hakim günün birinci yarısında Fərhad Əliyevin məhkəmə tərkibinə etirazına münasibət bildirib, etiraz təmin olunmayıb. Sonra F.Əliyevin vəkili Elton Quliyev bəzi nazirlərin məhkəməyə əlavə şahid qismində dəvət olunması ilə bağlı vəsatət qaldırıb. Vəkil bu vəsatətini məhkəmənin gedişində F.Əliyevin həmin şəxslərin adlarını hallandıracağı ilə əlaqələndirib. Bildirib ki, bəzi məsələrə aydınlıq gətirilməsi üçün bu şəxslərin məhkəmədə şahid qismində dindirilməsi vacibdir. Məkəmə müşavirəyə gedib, qayıtdıqdan sonra vəsatəti təmin etməyib.

Hazırda məhkəmə iclası ittiham aktının elan olunması ilə davam etdirilir. İttiham aktını prokuror Bəşir Cəfərli elan edir.

Xəbər lenti

Xəbər lenti