...

Alpinist İsrafil Aşurlu: "Azərbaycan özünün ilk "səkkizminliyini" əldə etdi"

Cəmiyyət Materials 1 İyun 2007 14:44 (UTC +04:00)
Alpinist İsrafil Aşurlu: "Azərbaycan özünün ilk "səkkizminliyini" əldə etdi"

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Everesti fəth etmək üçün hazırlıq səkkiz il vaxt apardı. Bu müddətdə yaşadığım arzu həyata keçdi" - deyə azərbaycanlı alpinist İsrafil Aşurlu dünyanın ən yüksək dağının fəthinə həsr olunmuş brifinqdə bildirib.

Alpinist qeyd edib ki, komandanın iqlimə uyğunlaşması ilə bağlı ağılla hazırlanmış qrafik və dağın fəth edilməsinin yaxşı taktikası səfərin bütün nöqsanlarını ört-basdır edib. "Problemlər fəth günü yarandı. Proqnoza rəğmən bütün günü qar yağırdı, ona görə də qarın üstündə hərəkət etmək lazım gəldi. Kəndirləri qardan çıxarırdıq və bununla da marşrutun istiqamətini müəyyənləşdirirdik. Daha bir xoşagəlməz hal məni ikinci mərhələdən sonra gözləyirdi. Belə ki, buzla örtülmüş kislorod maskasını təmizləyərkən klapanı zədələdim, nəticədə kislorod azaldı və yerimək daha da çətinləşdi. Buna baxmayaraq, dağın fəthini müvəffəqiyyətlə başa vurdum" - deyə o vurğulayıb.

Alpinist həmçinin qeyd edib ki, beynəlxalq ekspedisiya üzvləri arasında yüksəkliyi birinci fəth edən məhz özü olub: "Məhz mənə vətənimizin bayrağını dünyanın üçüncü qütbü üzərində qaldırmaq nəsib oldu. Nəhayət ki, Azərbaycan planetin 14 ən uca səkkizminliyini əldə etdi. Əminəm ki, elə bir gün gələcək ki, alpinistlərimiz yerdə qalan yüksəklikləri də fəth edəcəklər".

Xəbər lenti

Xəbər lenti