...

Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib

Cəmiyyət Materials 1 İyun 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sayca 3-cü kollegiya iclası bu gün Şəkidə keçirildi. Bölgənin 6 rayonunun icra başçılarının, mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirak etdiyi kollegiya iclasında baş nazirin müavini Elçin Əfəndiyev də iştirak edirdi. Kollegiya iclaslarının bölgələrdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev belə iclasların yerlərdə vəziyyətin dərindən öyrənilməsinə, eyni zamanda yerli təşkilatlara əməli köməklik göstərilməsi və perspektivlərin müəyyənləşdirilməsinə xidmət etdiyini qeyd etdi.

Bölgədə böyük turizm potensialı olduğunu önə çəkən Qarayev son vaxtlar respublika səviyyəli tədbirlərin bölgələrdə keçirilməsinin artıq ənənə halı aldığını, bu qabildən Şəkidə ipək, Göyçayda nar bayramları keçirildiyini yüksək qiymətləndirdi.

Mədəniyyət müəssisələrində pullu xidmətlərin göstərilməsinin vacibliyini nəzərə çatdıran Qarayev bütün problemlərin dövlət büdcəsinin öhdəsinə həll olunmasının əleyhinə olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti