...

Praqada azərbaycanlılar üçün "bazar günü" məktəbi açılacaq

Cəmiyyət Materials 2 İyun 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azər-Çex" Cəmiyyətinin təşəbbüsü ilə Çexiyanın paytaxtı Praqada açılan "Azərbaycan Evi" Azərbaycan dili kursları və "bazar günü" məktəbi təşkil edəcək. Bu barədə "Azər-Çex" Cəmiyyətinin sədri Elşən Nəzərov məlumat verib.

Onun sözlərinə görə, "Azərbaycan Evi" milli mədəniyyətimizin və tariximizin parlaq nümunələrini təbliğ edəcək, Azərbaycanın təbliği, təqdimatı ilə məşğul olacaq. Hal-hazırda "Azərbaycan Evi"ndə müasir Azərbaycan rəssamlarının rəsmləri sərgilənir.

Xəbər lenti

Xəbər lenti