Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Xanlar rayonunda 36-39 yaşlı qadınlar arasında qızılca və məxmərəyə qarşı peyvəndə başlanılıb. Bu barədə çərşənbə axşamı Xanlar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hamlet Ömərov məlumat verib. Ömərov bildirib ki, peyvənd kampaniyası iyunun 10-da yekunlaşacaq.
Peyvəndin məqsədi idarə oluna bilən infeksiyalardan xəstələnməni minimuma endirməkdir.
Adətən hər il bu vaxta qədər yalnız kiçik yaş qruplarında qızılca və məxmərəyə qarşı peyvənd aparılıb. 2006-cı ildən bu yana Səhiyyə Nazirliyinin əmrinə əsasən, yuxarı yaşlı qadınlar da peyvəndə cəlb olunub. Çünki qızılca xəstəliyi bu yaş kateqoriyalı insanlarda ağır keçir və fəsadları qalır.
Xanlar paytaxt Bakıdan 390 kilometr qərbdə yerləşir.