...

Caz festivalı xarici teleşirkətlər tərəfindən çəkiləcək

Cəmiyyət Materials 5 İyun 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun, /müx.TrendLife Eldar Hüseynzadə/Bu günlərdə "Baku International Jazz Festival" start götürəcək. Hazırlıq işləri çox ciddi gedir. Bu festivalın təşkilatçıları söz veriblər ki, həmıdan güclü olacaqlar. Məsələn, caz-mərkəzində bu gün ən yeni səs aparaturası quraşdırılıb. Bircə onu deyə bilərəm ki, bir illik fasilədən sonra Bakıya Əzizə Mustafazadənin gəlməsi onu deyir ki, təşkilatçılar, şükürlər olsun ki, yaxşı çalışıblar. Məsələn, Billi Kobxem, Mark Terner, Yakov Okun, "ZJAZZ" kvarteti və başqaları öz yerlərinə danışırlar.

Hələ biz Azərbaycan caz musiqisinin aparıcılarından danışmırıq. Onlar bütün musiqisevərləri sevindirəcəklər. Bundan başqa Kobxem özü də Master-klass verəcək. Daha doğrusu, caz dilində desək, caz mərkəzində cem-seyşn verəcək. Caz-festivalda gələn qonaqların hamısı özünü çox rahat hiss edəcəklər. Sanki öz evlərindəki kimi. Festivala maraq çox böyükdür. Orda dünyanın məxtəlif ölkələrindən olan 80 jurnalist iştirak edəcək. Yeri gəlmişkən, onların arasında iki çəkiliş qrupu olacaq. Onlardan biri Rusiyanın birinci kanalı, TRT kanalı ilə isə danışıqlar aparılır. Onu da deyim ki, jurnalistlərlə çox qabliyyətli davranırlar. Onların içəri daxil olması heç bir problem yaratmayacaq. Uzun sözün qısası, əziz oxucular, caz-festival barədə bizim life.trend.az saytımızda oxuya bilərsiniz. Bizim sayt caz-festivala informasiya dəstəyi verir.

Xəbər lenti

Xəbər lenti