Azərbaycan, Bakı, 5 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Xəbər verdiyimiz kimi, uğursuz başlayan "Mister X" layihəsində bəzi təmizlik işləri apardılar. Lakin bu təmizlik çətin ki, şounu uğursuzluqdan xilas etsin. Şounun aparıcısı Coşğun Rəhimov TrendLife-da çıxışında özünə belə haqq qazandırıb: "Mən özümü heç də günahkar saymıram. Mən ancaq qulaqlıqda geyilən sözləri təkrarlayıram. Açıq söyləyim ki, arada mən özüm canlı efirdə çətin vəziyyətlərə düşəndə çox utanıram" - deyə Coşğun öz fikrini bildirdi.
Biz isə öz növbəmizdə ancaq təəssüflənirik. Bu layihə bu cür talantlı aktyoru nüfuzdan salır.