...

İqdırın ekologiya və meşə müdiri: "Ermənistandakı "Metsamor" atom stansiyası bağlanmalıdır"

Cəmiyyət Materials 5 İyun 2007 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin İqdır vilayəti üçün ən böyük ekoloji təhlükə qonşu Ermənistandakı "Metsomor" atom elektrik stansiyasıdır. Bu barədə Türkiyənin İqdır vilayətinin ekologiya və meşə müdiri Taner Təzəgün çərşənbə axşamı açıqlama verib.

Ekologiya və ətraf mühit mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı Taner Təzəgün bilidrib ki, İqdırda havanın çirklənməsi, erroziya, torpağın, suyun çirklənməsi, ən əsası isə Ermənistanın "Metsamor" stansiyası ətraf mühit üçün təhlükə mənbəyidir: "Xüsusilə, köhnə texnologiya ilə Ermənistanda fəaliyyət göstərən bu atom stansiyasının birinci dərəcəli tektonik zonada olması hər kəsin rahatlığını pozur. Bu səbəbdən ekologiyanı və insan həyatını təhdid edən bu stansiya bağlanmalıdır"-deyə Təzəgün qeyd edib.

Qeyd edək ki, Türkiyənin İqdır vilayəti Ermənistanla həmsərhəddir.

Xəbər lenti

Xəbər lenti