...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Sumqayıt çirkli şəhərlər siyahısına səhvən daxil edilib"

Cəmiyyət Materials 6 İyun 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun/müx.TrendLife Fərid Sadıxov/ABŞ-ın "Blacksmith İnstitute" elmi araşdırma təşkilatı dünyanın ən çox çirklənmiş sənaye şəhərlərinin siyahısını tərtib edib. Beynəlxalq qurum siyahını tərtib edərkən ekologiyanın çirklənmə dərəcəsini, zəhərli zonaların yaşayış məntəqələrinə yaxınlığını əsas götürüb. nı əsas götürüb. Qeyd edək ki, siyahıya Ukraynanın Çernobıl şəhəri başçılıq edir. Ümumiyyətlə, 35 ən çirkli şəhər sırasına MDB məkanına daxil olan bir sıra iri yaşayış məntəqələri daxil edilib. Maraqlıdır ki, siyahıda Azərbaycanın Sumqayıt şəhərinin də adı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Sumqayıtın adının dünyanın ən çirkli şəhərləri sırasına daxil edilməsilə razı deyil. Nazirliyin mətbuat xidmətinin rəhbəri Gülşən Hüseynova TrendLife-a bildirib ki, "Blacksmith İnstitute" araşdırma apararkən Sumqayıtla bağlı 60-80-ci illərə aid göstəriciləri əsas götürüb. "Halbuki keçmiş SSRi dağılandan sonra Sumqayıtdakı kimya müəssisələri bağlanıb və hazırda həmin zavodlar işləmir. Sumqayıtda havanın çirklənməsi azalıb, ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülüb, abadlaşdırma işləri görülüb". G.Hüseynovanın sözlərinə görə, hazırda Sumqayıt Bakıdan da təmiz şəhərdir.

"Təəssüf ki, "Blacksmith İnstitute" və digər belə təşkilatlar araşdırma aparkən dövlət qurumlarına müraciət etmir, köhnə məlumatları əsas götürürlər. Ona görə də Sumqayıt səhvən "qara siyahı"ya salınıb"-deyə G.Hüseynova bildirib.

Xəbər lenti

Xəbər lenti