Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı alpinistlər iyul ayından etibarən postsovet məkanında yerləşən tanınmış yüksəkliklərin fəthi proqramına başlamaq niyyətindədirlər.
Respublika alpinistlər klubunun rəhbəri Saridan Mursaqulov bildirib ki, iyulda bir neçə idmançı Korjenevski və Kommunizm zirvəsinə yollanmağa hazırlaşırlar. Eyni zamanda digər qrup Elbrusa gedəcək. Planlaşdırılır ki, hər iki yürüşdə "Qar barsı" adına iddia edən Akif Rüstəmov iştirak edəcək.
"Planlaşdırılan ekspedisiyalar bizim üçün çox önəmlidir və gələn il Qələbə zirvəsinə yürüşə hazırlıq mərhələsi olacaq. Odur ki, qrafik kifayət qədər sıxdır" - deyə Mursaqulov vurğulayıb.