...

Qrossmeyster Teymur Rəcəbov: "Böyük şlem" turnirlərinin keçirilməsi şahmatın xeyrinə olacaq"

Cəmiyyət Materials 11 İyun 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov sabiq dünya çempionu Veselin Topalovun meneceri Silvio Danailovun gələn ildən etibarən "Böyük şlem" turnirlərinin keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Şahmatçının bildirdiyinə görə, bu təşəbbüs bütün şahmat dünyası üçün faydalıdır. "Bu, şahmatın baxımlılığını və KİV-lərin bu idman növünə diqqətini artıracaq, qorossmeysterlər isə yaxşı qazanmaq imkanı əldə edəcəklər" - deyə Rəcəbov qeyd edib.

Bu il Rəcəbov Hollandiyanın Veyk-An-Zee şəhərində superturnirin qalibi olub. Bu turnir növbəti mövsümdən "Böyük şlem" bayrağı altında keçiriləcək. Müvafiq statusu həmçinin İspaniya, Meksika və Sofiyadakı yarışlar qazanacaq. Turnirin finalının isə Bilbaoda təşkil edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti