...

Azərbaycanın sabiq nazirinin məhkəməsində zərərçəkənlər ifadə verib

Cəmiyyət Materials 11 İyun 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və daha 17 şəxsin bazar ertəsi günü davam etdirilən məhkəmə prosesində zərərçəkənlərin dindirilməsi davam etdirilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçən prosesdə 2004-cü ildə Qarabağ veteranlarına paylanılmalı olan özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə zərərçəkənlər dindiriliblər.

İfadə verən şəxslərin sözlərinə görə, 2004-cü ildə paylarına düşən çekləri banklardan almaq istəyərkən onlara özəlləşdirmə payının əvəzində 20 min manat təklif olunub. Zərərçəkənlər həmin vaxt bu təklifi özlərinə qarşı təhqir kimi qiymətləndirərək həmin 20 min manatdan imtina ediblər, həmçinin özəlləşdirmsə paylarını da ala bilməyiblər.

İkinci fasiləyə qədər ümumilikdə 10 nəfər zərərçəkmiş şəxs dindirilib.

Proses davam etdirilir.

Xəbər lenti

Xəbər lenti