...

İyunun 14-də turizm mövsümünə start veriləcək

Cəmiyyət Materials 11 İyun 2007 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/müx.TrendLife Fərid Sadıxov/Turizim mövsümünün yaxınlaşması ilə əlqədar turist şirkətləri sifariş qəbuluna başlayıb. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov TrendLife-bildirib ki, Azərbaycanda növbəti turizim mövsümünə iyunun 14-də start veriləcək.

Həmin gün Novxanıdakı AQUA-Park-da mədəniyyət və turizim naziri Əbülfəs Qarayevin də iştirakı ilə turizm mövsümünün açılış mərasimi keçiriləcək.

Ötən il Azərbaycana 900 min turistin gəldiyini bildirən Mədəniyyət və Turizim Nazirliyi bu il həmin göstəricinin 1 milyona çatacağını proqnozlaşdırır.

Qeyd edək ki, son illər ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində müsbət addımlar atılsa da, həlli vacib məsələlər də kifayət qədərdir. Azərbaycanda turizmin inkişafı ilə bağlı hazırlanan və 2007-2016-cı illəri əhatə edəcək Dövlət Proqramı çərçivəsində bir neçə regionunda yeni turizm zonalarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox hüquqi və fiziki şəxsin turizm sahəsində fəaliyyət göstərmək üçün lisenziyası var.

Xəbər lenti

Xəbər lenti