...

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər

Cəmiyyət Materials 12 İyun 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçiriblər. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilliyinin Aparatından məlumat verilib.

Ombudsmanın nümayəndələri müəssisənin yataqxanasına, yeməkxanaya, cərimə təcridxanasına baxış keçirib, məhkumlarla görüşüblər. Məhkumlar saxlanma şəraitindən və müəssisə rəhbərliyi tərəfindən onlara olan münasibətdən şikayət etməyiblər. Məhkumların şikayətləri əsasən barələrində çıxarılan məhkəmə qərarlarından olub.

Xəbər lenti

Xəbər lenti