...

Azərbaycanlı hokkeyçilər Koreyaya məğlub oldular

Cəmiyyət Materials 13 İyun 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığması "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirində koreyalılara 3:4 hesabı ilə yenilib.

Trend in xəbərinə görə, asiyalılar irəli çıxsalar da, meydan sahibləri oyunda tarazlığı bərpa etməyə müvəffəq olub. Hesabı Dilfuza Mirzəliyeva bərabərləşdirib. Sonra rəqib bir daha fərqlənib. Ancaq fasiləyədək yığmamız Zeynəb Nuriyevanın dəqiq zərbəsi ilə hesabı yenidən bərabərləşdirib.

Fasilədən sonra Tahir Zamanın yetirmələri hesabda irəli çıxmağa çalışsalar da, bu, onlara nəsib olmayıb. Koreyalılar əks-hücumlarda yığmamızın qapısını iki dəfə dəqiq nişan alıb. Yalnız oyunun sonuna yaxın Gülnarə Mikayılova hesab arasında fərqi minimuma endirib. Bundan artığına komandamızın gücü çatmayıb.

Xəbər lenti

Xəbər lenti