...

Zemfiradan açıqlama...

Cəmiyyət Materials 14 İyun 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, "TrendLife" / Rok müğənnisi Zemfira verdiyi açıqlama ilə öz pərəstişkarlarını şoka salıb. Zemfiranın uzun müddətdir gözlənilən "Yaşıl konsert"i zamanı müğənni səhnədən gedəcəyini söyləyib: "Biz sonuncu dəfədir ki, proqramla çıxış edirik. Hazırkı proqram mənim çox xoşuma gəlir. Bu mənim sonuncu konsertimdir. Mən sizinlə vidalaşmaq istəyirəm". Sonuncu kəlməni eşidən zal narazı qalıb. "Mən sizinlə vidalaşıram... amma payıza qədər" - deyə müğənni tamaşaçıları sakitləşdirib. Konsert isə çox maraqlı keçib. Görünürdü ki, Zemfira bu konsertə xüsusi hazırlaşıb. Proqram köhnə və yeni mahnılardan ibarət idi.

Xəbər lenti

Xəbər lenti