...

Gələcək diplomatlar və həkimlər imtahan veriblər

Cəmiyyət Materials 14 İyun 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun/müx.TrendLife Fərid Sadıxov/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı və Səhiyyə Nazirliyində həkimlərə ixtisas dərəcəsinin verilməsi üçün test imtahanları keçirib. Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı imtahanda 317 nəfər, Səhiyyə Nazirliyində keçirilən imtahanda isə 67 həkim iştirak edib. Xarici İşlər Nazirliyinə imtahan verən namizədlər beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər üzrə 120 test sualını cavablandırmalı olublar. Həmin sualların 80 faizinə doğru cavab verən şəxslər müvəffəqiyyət qazanacaqlar. Səhiyyə Nazirliyində həkimlərə ixtisas dərəcəsinin verilməsi üçün attestasiya iki mərhələdən ibarətdir: test üsulu ilə imtahan və Attestasiya Komissiyası ilə müsahibə. Həkimlərə ixtisas dərəcəsinin verilməsi üçün test imtahanı cərrahiyyə, terapiya, mama-ginekologiya, pediatriya istiqamətləri üzrə keçirilib. İmtahan iştirakçılarına 100 test sualı təqdim olunub. Minimum 60 suala düzgün cavab verən həkimlər attestasiyanın ikinci mərhələsinə buraxılacaqlar. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsində (www.tqdk.gov.az) yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti