...

Azərbaycanda 3,7 mln. hektar torpaq erroziyaya məruz qalıb

Cəmiyyət Materials 18 İyun 2007 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda 3,7 mln. hektar torpaq erroziyaya, 1,2 mln. hektara qədər torpaq isə şoranlaşmaya məruz qalıb. Təxminən 300 km ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır.Bundan başqa 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir ki, bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olub. Məlumata görə, Azərbaycanda səhralaşmanın qarşısının alınması məqsədilə müvafiq dövlət proqramları işlənib hazırlanıb və həyata keçirilir.Səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT-nin Bas Assambleyası tərəfindən 1994-cü ilin 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunub.

Xəbər lenti

Xəbər lenti