Azərbaycan, Bakı, 19 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Onun əsl adı Vəliyev Aydın Salman oğludur. Bu ad bizə heç nə demir. Biz onu Aydınçik kimi tanıyırıq. O, keçən əsrin 70-80-cı illərində tanınmış müğənilərdən biri sayılırdı. Yerli şou-biznesin sərt rəqabət dünyasında onun mahnıları nəinki özünün, digərlərinin ifasında da çox səslənir. Balaca pivəxanada bizim böyük söhbətimiz oldu.
- Uzun müddət fasilədən sonra siziin efirdə görünməyiniz nə ilə bağlıdır?
- Bəli, düzdür. Öz mahnılarımı sata da bilərdim. Özüm heç vaxt oxumazdım. Olur ki, şairlər özləri öz şerlərini oxuyurlar. Belə ki, mən də istədim ki, mənim mahnılarımı özümdən eşitsinlər.
- Elə bu?
- Əlbəttə. Bu sualın maddi tərəfi də var. Heç kimə gizli deyil ki, ifaçı bəstəkardan və şairdən çox qazanır. Baxmayaraq ki, mən dövlət işində işləyirəm, artıq pul heç kimə mane olmur.
- Bəs sizin mahnılarınızı Eyyubun, Elarizin oxumasına görə qısqanmırsınız? Bəlkə sizin səhnəyə qayıtmağınızın əsas səbəbi budur?
- Yox. İş onda deyil. Bəli, vaxt olub ki, müğənnilər mənim mahnımı oxuyub, lakin heç bir yerdə deməyiblər ki, mənim mahnımdır. İş tək Əyyubda deyil. O, özü bir dəfə belə bir ifadə ilə çıxış edib: "Qoy Aydınçik bizə çox sağ ol desin ki, onun mahnılarını yenidən məhşurlaşdırırıq". Mənim mahnılarımı çoxları oxuyub. Hamı mənim mahnılarımı tanıyır. Allah onlara cansağlığı versin. Ancaq nə qədər mən sağam ,özüm yaradıcılığımı işıqlandıracağam.
- Məncə, siz indiki ifanızla 70-ci illərin Aydınçikindən fərqlənirsiniz. O zamankı Aydınçik müasir avadanlıqdan istifadə etmirdi.
- Bəli, ola bilsin vokal göstəricilərimə görə gənc Aydınçiklə ayaqlaşa bilmirəm. Nə etmək olar?! İllər keçir. Zaman öz işini görür. Bu yaxınlarda mənim əlli yaşım olacaq. Ancaq mən heç də özümü başqa müğənnilərdən pis oxuyan saymıram. Görün, indi Azərbaycan estradasında nələr baş verir. Mən oxuya bilirəm. Oxuya-oxuya da üç oktava dəyişə bilərəm. İnanın ki, mən reklamım üçün onların xərclədiyini xərcləsəm, bəlkə də indii onlardanda çox tanınırdım.
- Məhşur olmaq olar. Tələbat isə... Sevgini pulla almaq olmaz.
- Düzdür. Bir də toylara dəvət almağımdan hiss edirəm ki, insanlar hələ də mənim yaradıcılığımı sevirlər.
- Hazırda toylara hansı məbləğə gedirsiniz?
- Aydınçik köhnə sovet dövrü məktəbinin insanı kimi heç vaxt qiymət danışmır. Bilmirəm, sizin yadınızda olar, ya olmaz, əvvəllər müğənni öncədən qonorarı haqda danışmazdı. İndi dəb düşüb toy yiyəsi ilə əvvəlcədən qiymət danışmaq. Ya bu qədər verirsən, ya da gəlmirik. Öncələr sənin iki seçimin olurdu: ya tədbirə gedirsən, ya getmirsən. Nə qədər alacağın isə şəraitdən asılı olurdu. O qədər olurdu ki, mən ev yiyəsinə hörmətdən heç pul da götürmürdüm. İndikilər az qalırlar əllərində taymerlə getsinlər. Tələb edirlər, bir saatlıq, yarım saatlıq pul tələb edirlər. Biz axı heç vaxt toylarda taymer qoymamışıq.
- İndi Aydınçik yenidən əzazil olan şou-biznes aləminə daxil olur. Ola bilər ki, siz də elə olarsınız?
- Yox. Bu mümkün deyil. Aydınçik necə var idi, elə də qalıb. Məni sövet vaxtında sındıra bilmədilər. İndi də sındıra biləməyəcəklər. Çünki efirdə də bütün işləri pul həll edir. Mən efirə çıxmağım üçün heç kimə pul vermək niyyətində deyiləm. Nə də özümün reklamım ilə məşğul olan deyiləm.