...

İslam dövlətləri tarixi-mədəni abidələrinin qorunması işində səylərini birləşdirməlidir

Cəmiyyət Materials 21 İyun 2007 12:16 (UTC +04:00)
İslam dövlətləri tarixi-mədəni abidələrinin qorunması işində səylərini birləşdirməlidir

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ İslam dövlətləri tarixi-mədəni abidələrinin qorunması işində səylərini birləşdirməlidir. Belə bir bəyanatla cümə axşamı Bakıda "İslam Konfransı Təşkilatı ölkələrinin iqtisadiyyatında turizmin rolu" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla hərbi münaqişə nəticəsində digəriləri ilə müqayisədə daha çox əziyyət çəkib. Belə ki, Ermənistan işğal etdiyi ərazilərdəki bütün tarixi-mədəni abidələri məhv edib.

Qarayev həmçinin bəyan edib ki, Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunda turizmi prioriet sahə kimi seçib. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayı ilbəil artır, yeni otellər və turizm obyektləri tikilir.

Qarayev qeyd edib ki, İKT ölkələrinin turizm nazirləri Şurasının sədri olan Azərbaycan quruma üzv dövlətlərdə turizmin inkişafı üçün böyük iş görür. Bugünkü tədbir düşünülmüş layihənin növbəti mərhələsidir.

İKT dövlətlərinin 23 nümayəndəsinin qatıldığı konfransda İKT baş katibi Əkmələddin İhsanoğlunun müraciəti oxunub.

Xəbər lenti

Xəbər lenti