...

"Müxalifət" qəzeti əməkdaşlarının barəsindəki məhkəmə hökmünün ləğvi xahiş olunur

Cəmiyyət Materials 22 İyun 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Müxalifət" qəzetinin baş redaktoru və əməkdaşı barəsindəki məhkəmə hökmündən verilmiş apellyasiya şikayəti üzrə hazırlıq iclası iyunun 29-da keçiriləcək. Şikayət Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun icraatına verilib.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə baş redaktor Rövşən Kəbirli, jurnalist Yaşar Ağazadə Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Əliyev tərəfindən himayə olunması göstərilib.

Təqsirləndirilənlərin vəkili Rəşid Hacılı apellyasiya şikayətini vaxtında məhkəməyə göndərmədiyi üçün hakim Məlahət Abdulmanafova barəsində Məhkəmə-Hüquq Şurasına müraciət edib. Vəkil hakimin intizam məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Mətbuat Şurası Əliyevə müraciət edərək ondan iddiasını geri götürməyi xahiş edəcək.

Xəbər lenti

Xəbər lenti