...

Millət vəkili: "Dini etiqad azadlığı haqqında" qanun sərtləşdirilməlidir"

Cəmiyyət Materials 22 İyun 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Dini etiqad azadlığı haqqında" qanun sərtləşdirilməlidir. Bu barədə cümə günü Bakıda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.

Onun fikrincə, hazırda Azərbaycanda müxtəlif missioner təşkilatların təsir dairəsi genişlənir. Ölkədə istər xristian, istərsə də islam dinləri ilə bağlı qeyri-ənənəvi təriqətlərin yayılması genişlənir: "Bu, yaxın gələcəkdə Azərbaycan üçün təhlükə mənbəyi kimi ortaya çıxa bilər. Ona görə də müvafiq qanunvericilik sərtləşdirilməli, qanunlar yaranmış münasibətləri tam gücü ilə tənzimləməli, əldən buraxılmış imkanlar bərpa olunmalı, eyni zamanda, Azərbaycanda bu sahədə təbliğat genişləndirilməlidir".

Millət vəkili hesab edir ki, Azərbaycanın ali və orta məktəblərində dünyəvi dövlətçilik ənənələrinin, islam dininin əsl mahiyyətinin təbliği ilə bağlı çox ciddi işlər görülməlidir.

Hazırda qüvvədə olan "Dini etiqad azadlığı haqqında" qanun 1992-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti