...

Hacıqabul rayon məhkəməsi Rəncəblərin iddiasını təmin etməyib

Cəmiyyət Materials 25 İyun 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Hacıqabul rayon məhkəməsində Rəncbər kənd sakinlərinin BP Azərbaycan Şirkəti, Dövlət Neft Şirkəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddiası üzrə məhkəmə prosesi bazar ertəsi yekunlaşıb. Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Trend ə bildirib ki, prosesdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi iştirak etməyib. Məhkəmə tərəfləri dinlədikdən sonra iddianın təmin olunmaması haqda qərar qəbul edib. Məmmədov Hacıqabul rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Rəncbər kənd sakinləri Bakı-Supsa və Bakı-Novorossiyski neft kəmərlərinin operatoru BP şirkətini 10 ildən artıq bir vaxt ərzində 7200 nəfərdən artıq torpaq mülkiyyətçisinə məxsus olan torpaqlardan istifadə etməyə imkan verməməkdə günahlandırır.

Həmin torpaq sahələrindən adıçəkilən neft kəmərləri keçir. Bunun müqabilində torpaq mulkiyyətçilərinə kompensasiya verilməyib. Bu muddət ərzində mulkiyyətçilər torpaq sahələrindən istifadə edə bilməyiblər.

İddiaçılar onlara kompensassiya verilməsini və vurulmuş ziyanın ödənilməsini tələb edirlər.

Məhkəmə 15 nəfər mulkiyyətçinin iddiası əsasında keçirilsə də, bu məsələ üzrə zərərçəkənlərin sayının 7200 nəfərdən artıq olduğu bildirilir

Xəbər lenti

Xəbər lenti