...

Nazir: "Bəzi özəl ali məktəblərdə ciddi qanun pozuntularına yol verilir"

Cəmiyyət Materials 29 İyun 2007 15:58 (UTC +04:00)
Nazir: "Bəzi özəl ali məktəblərdə ciddi qanun pozuntularına yol verilir"

Azərbaycan, Bakı / Trend , müxbir R.Rasimqızı/ Azərbaycanda fəaliyyət göstərən bəzi özəl ali təhsil ocaqlarında, o cümlədən Azərbaycan Beynəlxalq, Təfəkkür universitetlərində ciddi qanun pozuntularına yol verilir. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, həmin özəl ali məktəblərin fəaliyyətindən Təhsil Nazirliyi narazıdır.

Bu cür halların qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirildiyini deyən Mərdanov bildirib ki, nazirlik həmin ali məktəblərə etibar etmir.

"Aparılan araşdırmalar göstərdi ki, özəl universitetlərdə nazirlikdən alınan diplomlar diplomu almalı olan tələbəyə deyil başqa adamlara verilir.Ona görə də biz artıq son iki ildə qərara gəlmişik ki, özəl ali məktəblərin diplomları Təhsil Nazirliyində verilsin" -deyə Mərdanov bildirib.

Xəbər lenti

Xəbər lenti