...

Dövlət Komitəsinin sədri: "Azərbaycan diasporu ermənilərin təbliğat mexanizmini dağıtmağa başlayıb" (video)

Cəmiyyət Materials 3 İyul 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənilər Azərbaycan diasporunun fəaliyyətindən, aktivliyindən narahatdır. Bunu Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

İbrahimov qeyd edib ki, Azərbaycan diasporunun fəaliyyəti erməni KİV-ləri tərəfindn gündəlik izlənilir: "Onlar bizim diasporun fəaliyyətini hətta Azərbaycan mətbuatından daha geniş işıqlandırırlar. Təbii ki, öz diasporlarını duyuq salmaq üçün. Hətta siqnal verirlər ki, artıq Ermənistan və onun diasporu geniş fəaliyyətə başlamalıdır. Çünki Azərbaycan diasporu türk və yəhudi diasporları ilə birləşib və gələcəkdə ermənilərin fəaliyyətini sıfıra endirə, onların yüz illərlə qurduğu mexanizmi dağıda bilər. Bu, həqiqətən də belədir. Azərbaycan diasporu artıq ermənilərin təbliğat mezanizmini dağıtmağa başlayıb" - deyə Komitə sədri qeyd edib. İbrahimov Azərbaycan prezidentinin də vurğuladığı kimi, ölkəmizin artıq özünümüdafiə deyil, hücum taktikasına keçidiyini deyib. Bunun üçün Azərbaycanın lazımi imkanlara malik olduğunu vurğulayıb.

Komitə sədri əlavə edib ki, diasporumuzun fəaliyyətində vətənpərvərlikdən başqa, artıq koordinasiya da müşahidə edilir: "Diasporumuz Azərbaycanın dövlət siyasətini artıq biz olmadan da həyata keçirir".

Xəbər lenti

Xəbər lenti